Dünyanın ən qorxunc CANLILARI - FOTOLAR

Dünyanın ən qorxunc CANLILARI - FOTOLAR
18:43 21 İyun 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Planetimizin faunası çox zəngindir. Ən xırda və zərərsiz həşəratlardan tutmuş, nəhəng və təhlükəli yırtıcılara qədər hər biri dünyamızın ayrılmaz parçasıdır. İnsan özünü bu zənginliyin sahibi hesab etsə də, təbiət tam əksini sübut edir. Axı yer üzündəki yırtıcılar onu 1 anda parça-parça edə bilər.

Publika.az ən təhlükəli canlıların siyahısını təqdim edir:

Afrika fili

Siz hələ də, cəngəlliklərin şahı aslanı hesab edirsiniz? Yanılırsınız, çünki quruda yaşayan ən təhlükəli və güclü heyvan fildir. İlk baxışdan zərərsiz, otla qidalanan heyvan təsiri bağışlayan bu nəhəng, ona yarım kilometr belə yaxınlaşanlar üçün ən böyük təhlükədir. Fil sürülərindən heyvanlardan biri xəstələnərsə, bütün sürü onun yanında qalıb, ya sağalmağını, ya da ölümünü birgə gözləyirlər.

Afrika şiri

Afrika şirinin çəkisi 180 kq bəzən isə hətta, 250 kq-a çatır. Çəkisini nəzərə alıb, düşünmək olar ki, onun hərəkət sürəti aşağıdır. Lakin şirlər 80km/saat sürətinə malikdir. Onlar həmçinin 4 metr hündürlüyə tullana bilirlər.

1898-ci ildə Keniyada baş verən bir hadisə dəhşət doğurur: şirlər dəmir yolunun 135 işçisini öldürmşdülər. Bu heyvanlar o qədər nəhəng idilər ki, 1-ni öldürmək üçün ən az 8 güllə lazım gəlirdi.

Meduza

Planetimizin böyük hissəsi su ilə örtülüb, 3 milyard yaşı olan suda yaşayan ən yırtıcı canlı isə, meduzadır. Meduzanın qucağı 3 dəqiqə ərzində insan həyatına son qoyur. 1884-cü ildə Filippin dənizində yaşayan yırtıcı meduza 70 nəfərin ölümünə səbəb olmuşdu.

Taypan

Bu canlı dünyanın ən zəhərli ilanı sayılır. Taypanı həmçinin ən qəddar ilan da adlandırırlar. Onun zəhərinin təsiri kobradan 180 dəfə çoxdur. Zəhərin 44 mq-ı 100 insan və 250 min siçan öldürmək üçün kifayətdir. Bununla belə taypanların uzunluğu ən çox 2,5 m olur.

Ağ akula

Bəli, dərin sular yırtıcı dəniz canlılarının məskənidir. Akulalar da ən təhlükəli dəniz heyvanları siyahısına aiddirlər. Lakin onlar arasında ən qorxulusu ağ akula sayılır. Ağ akulanın çəkisi 2,5 tondur.

İnsan

Yəqin razılaşarsınız ki, dünyanın ən qəddar və təhlükəli canlısı insandır. Tarix boyu gedən amansız müharibələrin, ölkələrin iqtisadiyyatına, siyasətinə vurulan zərbələrin qurbanları yenə biz insanlarıq. Ən dəhşətlisi isə odur ki, bugün ölkələri istila etmək üçün istifadə edilən silahların çoxu tamamilə başqa məqsədlər üçün ixtira olunmuşdu.

Leyla Sarabi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR