Azərbaycana HÜCUM ÇAĞIRIŞI, bu il MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycana HÜCUM ÇAĞIRIŞI, bu il MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 21 İyun 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirib. NATO qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. Moskva ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib. Avropa İttifaqı Şurası Rusiya barəsində sanksiyaların müddətini uzatmağı planlaşdırır. Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan Kilisə hərbi texnika toplayır. Səudiyyə Ərəbistanı kralının yeni vəliəhdi məlum olub.

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb.

Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO

Rusiya-Ermənistan münasibətlərinin pərdəarxasında ciddi narazılıqlar var. Putin Sarkisyanı nələrəsə məcbur edir. Bu, Dağlıq Qarabağ məsələsi də ola bilər, yaxud hər hansı başqa bir məsələ də. Lakin ikitərəfli münasibətlərdə aysberqin görünməyən hissəsində gərginliyin olduğu aşkardır. Bu barədə “lragir” saytı yazıb.

Putin pərdəarxasında Sarkisyanı sıxır: Qarabağ, pul və...- İrəvandan Kremlə ŞANTAJ

“Son günlər Qarabağda baş verən hadisələr yeni müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı müharibə başlaya bilər”. Bu barədə MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, təmas xəttində artan gərginlik də yeni müharibəyə hazırlıqdır.

“Hesab edirəm ki, bu il aprel hadisələrinin təkrarı mümkündür. Xarici ölkələrin müdaxiləsi ilə gərginliyi azaltmaq olar, lakin təəssüf ki, bu da müharibənin yenilənməsinin qarşısını ala bilməyəcək. Ehtimal ki, müharibə bu il başlayacaq”, - deyə hərbi ekspert vurğulayıb.

Ermənistan mediasına danışan Yevseyev ermənilərə təxribatçı məsləhətlər də verib.

“Ermənistan təkcə müdafiəyə yox, hücuma da hazır olmalıdır. Hücum edərək, bəzi əraziləri tutmalı və Azərbaycanın “aprel müharibəsi”ndə geri qaytardığı ərazilərlə dəyişdirməlidir”, - deyə rusiyalı ekspert açıq şəkildə Ermənistanı Azərbaycana qarşı hücuma təhrik edib.

ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.

Publika.az “Layf.ru” saytına istinadən xəbər verir ki, sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət olan “Vaqner qrupu”dur.

Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri Utkin də daxil edilib.

“Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, 2015-ci lldə isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. Ancaq bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb.

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.

Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK

Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampın Rusiya ilə əlaqəsinə inanmır. Ukrayna liderinin fikrincə, Tramp Kiyevlə “möhkəm dostdur”. Prezidentlərin Ağ Evdə görüşü dünən olub.

Poroşenko ABŞ-a səfəri zamanı həmçinin vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbərləri ilə görüşüb.

Ukrayna prezidenti Trampla danışıqlardan sonra öz sevincini gizlətmirdi.

Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF

Ukrayna prezidenti Pyotr Poroşenkonun komandası Ukraynanın cənub-şərqində münaqişənin nizama salınmasında ABŞ prezidenti Donald Trampda maddi cəhətdən maraq oyatmaq üçün plan hazırlayıb. Bu haqda Ukrayna prezidentinin administrasiyasına yaxın mənbəyə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.

“Bizim təkliflərimizin mahiyyəti ondan ibarətdir ki, Donbasda dağıdılmış infrastrukturun bərpası üçün müqavilələrin 90 faizi Amerika şirkətlərinə çatacaq. Amma bunun üçün, təbii ki, Donbasın Ukraynanın nəzarəti altına qaytarılması lazımdır. Bunun üçün isə Vaşinqton prosesə aktiv cəlb olunmalı və Tramp administrasiyası tərəfindən Moskvaya əlavə təzyiqlər göstərilməlidir”, - mənbə deyib.

O həmçinin əlavə edib ki, biznesmen olduğu nəzərə alınaraq, plan Trampa təqdim edilib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib. Rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir əsas olmadan tətbiq edildiyini deyib.

Lavrov yeni sanksiyalara cavab verdi: “Rusofob düşkünlüyü...”

NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.

NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri çəkilib.

Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurması ilə Rusiyanın Suriyadakı uğurlarına son qoyuldu. Bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.

“Bu, nüvə apokalipsisi haqqında “Əfsus, Babilistan” romanının süjetinə bənzəyir. Romanın süjetinə görə, Latakiyada sovet bazasına təsadüfi yaylım atəşi iki super dövlətin arasında nüvə müharibəsinin bilavasitə səbəbi olur”, - nəşr yazıb.

“Putinin itiriləsi heç nəyi qalmayacaq” - Nüvə müharibəsi üçün ŞOK SƏBƏB

Avropa İttifaqı Şurası Rusiya barəsində sanksiyaların müddətini uzatmağı planlaşdırır. Bu haqda Almaniya hökumətindəki mənbəyə istinadən TASS agentliyi bildirib.

Mənbə qeyd edib ki, bu barədə qərar Avropa İttifaqı Şurasının 22-23 iyun tarixlərində keçiriləcək sammitində qəbul ediləcək.

Daha əvvəl verilən xəbərə görə, Avropa İttifaqının bir neçə ölkəsi Rusiyaya qarşı sanksiyaların avtomatik uzadılmasına qarşı çıxır.

Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib. 34 üzvlü Sadakat Şurasının 31 üzvü qərarın lehinə səs verib.

Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.

İddiaya görə, verilən qərarın arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var. Kral Salmanın siyasətinə oğlunun böyük təsirinin olduğu bildirilir. Onun Yəmən müharibəsini başlatdığı və Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.

İqtisadi islahatçı olan Məhəmməd bin Salmanın BƏƏ-nin ABŞ-dakı səfiri ilə yaxın olduğu iddia edilir. Müdafiə Nazirliyinin başçısı olan kralın oğlu bundan sonra baş nazirin müavini vəzifəsini də icra edəcək.

Yeni vəliəhdin ilk bəyanatı İranla bağlı olub. O, İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini deyib.

Amerikalılara qarşı gözüaçıq olmaq lazımdır. Bunu İranın Ali dini lideri ayətullah Əli Xamenei İraq Baş naziri Heydər Abadi ilə görüşü zamanı söyləyib. O, ABŞ-ın İraqın birliyinə qarşı olduğunu bildirib:

“ABŞ və bəzi bölgə ölkələri İŞİD-in məhv olmasını istəmirlər. Onlar öz pulları ilə İŞİD-i yaradıblar və indi onun İraqdan çıxmaması üçün çalışırlar”.

Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan Kilisə hərbi texnika toplayır. “Fırtına” topları, həmçinin, topçu batareyalar bölgəyə göndərilib.

Bununla yanaşı, hərbi birləşmələr də bölgədədir. Dünən isə Kilisə “komando” xüsusi təyinatlılar və tank birliklər göndərilmişdi.

Gözləntilərə görə, Türkiyə Suriyada terrorçulara qarşı yeni hərbi əməliyyata başlayacaq. Belə ki, Ərdoğan Vaşinqton səfərində Trampla PYD-yə silah dəstəyinin kəsilməsi haqda razılığa gələ bilmədi. Bundan sonra, Türkiyə prezidenti “bir gecə qəfil gələ bilərik” mesajı verdi. Hərbi ekspertlərə görə, Türkiyə ordusu sərhəddə təhlükə olan terrorçu qruplaşmalasının tamamilə məhv edilməsi üçün genişçaplı hücum planını dövriyyə salacaq.

Hərbi texnika və xüsusi təyinatlılar sərhədə göndərildi: QƏFİL HÜCUM HAZIRLIĞI - FOTO/VİDEO

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR