Tayland kralına Almaniyada silahlı hücum - FOTOLAR

Tayland kralına Almaniyada silahlı hücum - FOTOLAR
08:03 22 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Əcaib geyimləri və bədəninin yarısı döymələrdən ibarət olan Taylandın 64 yaşlı kralı Maha Vajiralongkorna silahlı hücum olub.

Publika.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində iki azyaşlı uşaq avtomobilinə qədər təqib etdikləri kralı oyuncaq silahlardan atəşə tutub.

Hadisəni törədən uşaqların 14 və 13 yaşlarında olduğu bildirilib.

Alman polisi tərəfindən uşaqlar haqqında "qəsdən fiziki zərər verməyə təşəbbüsdən" istintaq açılsa da, kral uşaqlardan şikayətçi olmadığını deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR