Saşa: ""İnter" əvvəlki gücündə deyil"

Saşa: ""İnter" əvvəlki gücündə deyil"
12:37 22 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Uzun müddət "Neftçi"də çıxış etmiş, hazırda Qazaxıstanın "Okjetpes" klubunun şərəfini qoruyan serbiyalı qolkiper Saşa Stamenkoviç ölkəsinin mətbuatına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olan "Mladost" (Serbiya) klubunun şanslarını dəyərləndirib: 

"Azərbaycan klublarını və bu ölkənin mentalitetinə yaxşı bələdəm. "Mladost"un uğur qazanmayacağını düşünürəm. İki mövsüm əvvəl ölkəmizin "Çukariçki" klubu "Qəbələ"yə rəqib olmuşdu. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, "Qəbələ" cavab matçında cütün taleyini həll etmişdi. Hazırda "İnter"in çox kiçik bir büdcəsi var. Onlar əvvəlki gücündə deyil. Bakıdakı oyunda "İnter" qalib gəlmək üçün çalışacaq və azarkeşlərin dəstəyindən yararlanacaq. Nenad Milovanoviç güclü məşqçidir və inanıram ki, "Mladost"u "İnter"lə oyunlara yaxşı hazırlayacaq. Futbolda hər zaman hər şey mümündür".

Qeyd edək ki, Saşa Stamenkoviç 2011/15-ci illərdə "Neftçi"də çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR