YAP-ın qərərgahında Moldova rəsmiləri ilə görüş keçirilib

YAP-ın qərərgahında Moldova rəsmiləri ilə görüş keçirilib
15:36 22 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında Moldova rəsmiləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, YAP Sədrinin müavini–icra katibi Əli Əhmədov Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanini və Moldova Prezident aparatı rəhbərinin müavini Nikolay Posturusu qəbul edib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur. Ə.Əhmədov qeyd edib ki, iki ölkənin mövqeləri bir çox məsələlərdə üst-üstə düşür: “Beynəlxalq müstəvidə də Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur. İqtisadi maraqlar iki ölkə arasıda əməkdaşlığın inkişaf etdirilməsini zəruri edir”.

Ə.Əhmədov vurğulayıb ki, iki ölkənin hakim partiyaları arasında da yüksək əlaqələr mövcuddur: “Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi hər iki tərəfin marağındadır”.

Daha sonra çıxış edən Z.Qreçanini Azərbaycanda səfərdə olduqlarından məmnun olduğunu bildirib. O qeyd edib ki, son 20 il ərzində Azərbaycan ilə Moldova arasında yüksək əlaqələr formalaşıb, bir sıra sahələrdə səmərəli əməkdaşlıq mövcuddur: “Moldova Prezidenti İqor Dodonun Azərbaycana səfəri və keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın yeni səhifəsini açacaq”.

Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR