Azərbaycanda tikintidə işləyənlərlə bağlı YENİLİK

Azərbaycanda tikintidə işləyənlərlə bağlı YENİLİK
16:49 22 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna edilmiş dəyişiklikləri təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Şəhərsalma və Tikinti Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

 

1. Aşağıdakı məzmunda 15.1.3-1-ci maddə əlavə edilsin:

 

“15.1.3-1. tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar;”.

 

2. 51-ci maddədə “fəsildə” sözü “Məcəllənin 15.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında” sözləri ilə əvəz edilsin.

 

3. 52.1-ci maddə ləğv edilsin.

 

4. 52.3-cü maddədə “sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydaları, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri “sertifikatları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir” sözləri ilə əvəz edilsin.

 

5. 60.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR