Türkiyənin qızıl-valyuta ehtiyatları 2,3 mlrd. dollar artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 2,3 mlrd. dollar artıb
18:02 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları 10-16 iyun həftəsi ərzində 2,3 mlrd. ABŞ dolları və yaxud 2,16% artaraq 109,017 mlrd. dollara yüksəlib.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 235 mln. dollar və yaxud 1,29% artaraq 18,349 mlrd. dollar, valyuta ehtiyatları isə 2,067 mln. dollar və yaxud 2,33% artaraq 90,668 mlrd. dollar olub.
Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 30,59% artıb, valyuta ehtiyatları isə 1,5% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 2,75% artıb.
Xatırladaq ki, hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarlarından xalis 1 mlrd. dollarlıq qiymətli kağızlar alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyenin-qizil-valyuta-ehtiyatlari-2-3-mlrd-dollar-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR