"FGE": Səudiyyə Ərəbistanı hasilatı azaltmasa, neftin qiyməti 40 dollardan da aşağı düşəcək

"FGE": Səudiyyə Ərəbistanı hasilatı azaltmasa, neftin qiyməti 40 dollardan da aşağı düşəcək
19:07 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500-600 min barel azaltmaq imkanına malikdir. Əgər onlar əlavə kəsintiyə getməsə, neftin qiyməti 40 dollar/barelə, hətta daha aşağı düşə bilər". 
"Report"un "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu "Facts Global Energy" (FGE) energetika bazarlarının araşdırılması üzrə beynəlxalq konsaltinq şirkətinin rəhbəri Feraydun Feşaraki "Bloomberg" telekanalına müsahibəsində verilib. 
Feşaraki qeyd edib ki, Səudiyyə Ərəbistanı OPEC daxilində hasilatı önəmli dərəcədə azaltmaq imkanı olan ölkədir. Belə ki, 2014-cü ildə bu ölkənin gündəlik hasilatı 9,4 mln. barel təşkil edib, hazırda isə 10 mln. barel/günə bərabərdir.
"Onlar indi kəsintiyə gedib qiymətləri qaldırmağa müvəffəq olsalar da, 6 aydan sonra yenə bu problemlə üzləşəcəklər", - deyə F.Feşaraki əlavə edib. Neft 45 dollar/barel həddini keçdikdə, bir çox ABŞ şirkəti hasilata davam etməyə başlayır. Neft 40 dollar/barelə yaxınlaşdıqda isə bazarda tarazlıq yaranır. Hazırda yaranan problem ondadır ki, əgər indi hasilat azaldılmasa, neftin qiyməti kəskin surətdə düşməyə davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR