Bakının bu hissələrində qaz olmayacaq

Bakının bu hissələrində qaz olmayacaq
19:52 22 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xətti üzərindəki qaz tənzimləyicinin əvəzlənməsi, yeni çəlikmiş 200mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və qaz sızmalarının ləğv olunması ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, "Azəriqaz" İB -dən Trend-ə verilən məlumata görə, görulən işlər zamanı Yasamal, Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR