Türkiyədə terrorçu PKK qruplaşmasına qarşı əməliyyat keçirilib, 31 nəfər tutulub
Paylaş
·61 baxış·1 dəq oxu
Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 31 şübhəli tutulub. “Report” CNNTürk-ə istinadən xəbər verir ki, əməliyyat iyunun 23-də səhər saatlarında Adana Təhlükəsizlik İdarəsinin Terrora qarşı Mübarizə Şöbəsi tərəfindən keçirilib. İnformasiyaya əsasən, əməliyyatda 500 polis əməkdaşı iştirak edib.