Play Store

Türkan Şorayın bacısı azərbaycanlı müğənniyə vəd verdi - VİDEO

Türkan Şorayın bacısı azərbaycanlı müğənniyə vəd verdi - VİDEO
12:23 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin qocaman sənətkarı, aktrisa və müğənni kimi öz sözünü demiş Nazan Şoray azərbaycanlı müğənni Aytac Vidadiqızı ilə eyni layihədə iştirak edəcək.

Publika.az xəbər verir ki, Nazan Şoray sosial şəbəkədəki hesabında videopaylaşım edərək, bunları deyib:

"Aytac Vidadiqızı ilə yeni layihələrdə Türkiyədə görüşəcəyik".

Türkan Şorayın doğma bacısı Nazan layihə ilə bağlı əlavə məlumat verməyib.

Məsələ ilə əlaqədar Aytac Vidadiqızı bildirib ki, Türkiyədə yeni layihə ilə çıxış etməyə hazırlaşır:

"Azərbaycanla yanaşı, Türkiyədə də layihələrə imza atıram. Bu həm məsuliyyətli, həm də ciddi işdir. Türkiyədə bütün işlərimə həyat yoldaşım Canberk rəhbərlik edir. Onun Türkiyədə güclü əlaqələri var. Qardaş ölkədə nəinki təkcə ifaçı kimi, həm də bəstəkar kimi çalışacağam. Bir neçə musiqi şirkətlərindən təklif gəlsə də, hələ heç biri ilə müqavilə imzalamamışam. Nazan Şorayın dedikləri isə sürprizdir. Mən uşaqlıqdan Türkan və Nazan xanımı çox sevmişəm. Hamımızın uşaqlığı bu bacıların filmlərini izləməklə keçib. Düzü ağlıma da gəlməzdi ki, nə vaxtsa Şoray imzalı bir layihəyə imza atacağam. Bircə onu deyim ki, gözləməyə dəyər".

Qeyd edək ki, Aytac Vidadiqızı türkiyəli iş adamı ilə ailəlidir. Cütlüyün birgə nigahdan Bəstə adlı qız övladı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR