x
Loading...

“Azfinance” investisiya şirkətinin zərəri 4 dəfə artıb

“Azfinance” investisiya şirkətinin zərəri 4 dəfə artıb
14:22 23 İyun 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 23 iyun. REPORT.AZ/ “Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22,318 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 61,7% çoxdur.
2016-cı ildə “Azfinance”ın cəmi öhdəlikləri 61,15% artaraq 21,406 mln. manata, cəmi kapitalı 74,4% artaraq 912 min manata, o cümlədən nizamnamə kapitalı 55% artaraq 1,55 mln. manata çatıb.
Şirkət ötən ili 162 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilin zərərindən 3,5 dəfə çoxdur.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azfinance-investisiya-sirketinin-zereri-4-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR