Azərbaycan prezidenti İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncama əsasən E.Əmirbəyov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olub.