Altı silahlı pirat Tayland bayrağı altında üzən tankerə hücum ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, piratlar ekipaj üzvlərini soyub, tankerin Yaxın Şərqdən gətirdiyi dizel yanacağının 1,5 milyon litrini öz gəmilərinə boşaldıblar.

Hadisə ötən şənbə günü baş versə də, KİV-lər ancaq bu gün xəbər tuta biliblər.

Dənizçilərin sözlərinə görə, piratlar tankerə Malayziya sularında hücum ediblər.

Tayland və Malayziyanın hərbi-dəniz qüvvələri piratların axtarışı və həbsi üçün birgə əməliyyata başlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində