Müxalifətçiyə ayaqqabı atıldı

Müxalifətçiyə ayaqqabı atıldı
15:06 8 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə müxalifət liderinə ayaqqabı atıldı. ANS PRESS-in "İhlas" agentliyinə istinadla verdiyi məlumata görə, Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu təqaüdçülərin problemləri ilə bağlı toplantı keçirib.

Bu zaman yerindən qalxan etirazçılardan biri ona ayaqqabı atıb. Adı açıqlanmayan şəxs “təmiz siyasət istəyirik. Nazir oğulları oğru, millət vəkilləri təmizdir?", deyə qışqırıb. Atılan ayaqqabı Kılıçdaroğluna dəyməyib.

CHP liderinin mühafizəçiləri dərhal ona müdaxilə ediblər. Kılışdaroğlu onlara saxlanılan şəxslə "sərt davranmayın" deyərək xəbərdarlıq edib.

Etirazçının mətbuat nümayəndələri ilə birlikdə salona daxil olduğu, dəvət edilənlər siyahısında olmadığı bildirilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR