Paytaxtımızda çoxdandır gözlənilən "Luxury Awards" 2017 mükafatlandırma mərasiminin qala gecəsi keçiriləcək. Tədbir "Zirvə Ziyalılar Təşkilatı" tərəfindən, iyulun 05-si saat 18:00-da "JW Marriott Absheron" otelində start götürəcək tədbirdə qonaqlar möhtəşəm qırımızı xalı şousunun şahidi olacaqlar. Bununla yanaşı gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir. Layihədə ulduzlarlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları iştirak edəcək. Mükafat alanlar bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar. Layihənin rəhbəri Ləman Mirtalıblıdır.
Tədbirin aparıcısı Samir Bayramlıdı. Dj-yi dj Çinadır. Tədbir lider televiziyası tərəfindən efirdə yayımlanacaq.
Laureatlar arasında: Firəngiz Mütəllimova, Fərda Amin, Pərvin Abiyeva - aktyorlar. İdmançılar Zabit Səmədov, Kamil Zeynallə, Ceyhun Vəliyev, Ayxan Mamayev. Millət vəkilləri Fərəc Quliyev, Qənirə Paşayeva. Rejissor Kənan MM. Rektorlar İncəsənət universitetinin Fərəh Əliyeva, BDU Abel Məhərrəmov. Müğənnilər Röya Ayxan, Günay İbrahimli, Nura Suri, Eldar Qasımov, Ayaz Babayev, Elçin Cəfərov, Xəyyam Nissanov, Səmra Rəhimli, Samir Cavadzadə, Natavan Həbibi. Stilistlər: Anar Ağakişiyev, Elnur Həsənov və s.
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az