Araz Ağalarovun anası dəfn edildi

Araz Ağalarovun anası dəfn edildi
15:34 8 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur biznesmen gecə saatlarında ABŞ-dan Azərbaycana gəlib

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Əminə Nuriyeva bu gün dəfn edilib. Lent.az-ın məlumatına görə, günorta saatlarında Ə.Nuriyevanın cənazəsi yaşadığı Azərbaycan prospekti 11 ünvanından götürülüb və Qurd Qapısı məzarlığında dəfn edilib. Bu gecə ABŞ-dan Azərbaycana gələn Araz Ağalarovla yanaşı, bir sıra tanınmış dövlət xadimləri, ictimaiyyət nümayəndələri, biznesmenlər də dəfndə iştirak edib.

Qeyd edək ki, Ə.Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.

 
Allah rəhmət eləsin. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR