“Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsində qalib gələn 15 yaşlı Arzu Hüseynzadə yeni fotosessiya çəkdirib.

Publika.az xəbər verir ki, gənc modeli Peterburqda rusiyalı fotoqraf Ksyuşa Kibirova adlı peşəkar fotoqraf çəkib. A.Hüseynzadə bildirib ki, Ksyuşa Kibirova hər zaman peşəkar modellərlə işləyir:

“Sankt-Peterburqa gələndə fotoqraf məni öz studiyasına dəvət etdi. O, Fransa model agentlikləri ilə işləyir. İnşallah şəkilləri onlara və bir çox xarici model agentliklərinə göndərməyi düşünürük".

Aytən