Salvador Maliyyə Nazirliyinin binasında yanğın hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Publika.az xəbər verir ki, yanğına havanın kondisiyalaşdırma sistemində baş verən qısaqapanma səbəb olub.
Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.