Müğənni Gülşən Bodrumda çimərliklərin birində konsert verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı gecikdiyi üçün hava limanından birbaşa səhnəyə yollanıb. Həyat yoldaşı Ozan Çolakoğlu ilə birlikdə səhnəyə çıxan Gülşən oğlu Azur Benanı dayəsinə tapşırdıqdan sonra əynini dəyişməyə vaxt tapmadığından gündəlik geyimdə və makiyajsız səhnəyə çıxıb.
O, konsertinə "Banqır banqır" mahnısı ilə başlayıb. Mahnının bitirdikdən sonra isə gecikdiyinə görə tamaşaçılarından üzr istəyib. Gülşənin konserti 2 saat davam edib.
Milli.Az