İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhulla Xazretpur Ermənistan tərəfindən Dağlıq Qarabağda müsəlmanlara qarşı törədilən cinayətlərə qarşı qətiyyətli mövqe göstərmədiyinə İran XİN-nin ittiham edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda İran mətbuatı xəbər verir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı müvafiq məktub İran parlamentinin açıq iclasında oxunub.

Məktubda deyilir: "Bu cinayətlərə susmaq İran XİN-nin və cənab Zərifin qüsursuz reputasiyasına kölgə salır".

Millət vəkili hesab edir ki, Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətlərə İran XİN qətiyyətli mövqe nümayiş etdirməyib.

Milli.Az