İlham Əliyev yeni prezidenti təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın yeni Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Monqolustanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR