İribuynuzlu mal-qara oğruları tutuldu

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları fərdi təssərrüfatlardan ümumi dəyəri 25 min manatdan artıq olan olan iribuynuzlu mal-qara oğurlayan şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.

Onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təssərrüfatdan ümumi dəyəri 25 min manatdan artıq olan 20 iribuynuzlu mal-qara oğurladıqları məlum olub.

Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ötən günün yol qəzaları - 10 ölü, 6 yaralı - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR