Seneqalın paytaxtı Dakarda stadionda baş verən basabas və divarın uçması nəticəsində azı 8 nəfər ölüb, daha 49 xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, stadionda yerli çempionlar liqasının final oyunu keçirilib.

Dağıntılar altında insanların qalma ehtimalı var. Hadisə yerində xilasedicilər və həkimlər işləyir.