Seneqalda futbol çempionatı zamanı dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, paytaxt Dakarda azarkeşlərin yaratdığı sıxlıq nəticəsində meydançanın qoruyucu divarı uçub.

Hadisə nəticəsində 8 nəfərin öldüyü, 49 nəfərin yaralandığı bildirilir.

Yerli rəsmi qurumların yaydığı məlumata görə, hadisə yerində xilasedicilər və həkimlər işləyir. Ölənlərin sayının artacağı ehtimal olunur.