Müğənni Natavan Həbibi toy mərasimində bütün dostlarını bir araya yığıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, maraqlı məqamlardan biri "Şeron" və "W-trio" qruplarının uzun illərdən sonra bir araya gəlməsi olub.

"Şeron" qrupunun keçmiş solistləri Ülvi Cəfərov, Rüstəm Zeynallı, Samir Cavadzadə və Elnur Məmmədov birlikdə fotolarını sosial şəbəkədə paylaşıb. Onlar 15 il sonra bir araya gəldiklərini vurğulayıblar.

Uzun müddətdir küsülü olan Ülvi və Rüstəmin birlikdə foto çəkdirməsi diqqətdən qaçmayıb.

"W-trio"nun solistləri isə Xuraman Şuşalı, Səidə Sultan və Natavan Həbibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində