Populyar amerikalı müğənni Merayya Keri konsert turnesindəki çıxışlarından birində həddən ziyadə naqolay davranıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 47 yaşlı müğənni səhnədə olarkən rəqqaslarla birlikdə rəqs etməyə çalışsa da, onun hərəkətləri təəccüb doğurur.

İfrat yorğun, çarəsiz təsir bağışlayan müğənninin "rəqs"i sosial şəbəkələrdə ironiya və lağlağı obyektinə çevrilib.

Merayya Kerinin boşandığı əri, amerikalı aktyor Nik Kennon isə sabiq xanımı ilə yenidən bir araya gəlmək istədiyini yazıb.

Merayya Keri və 36 yaşlı Nik Kennon 2008-ci ildə Baham adalarında evlənmişdilər. Üç il sonra isə bu nikahda Marokko və Monro adlı əkizlər doğulublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur müğənni səhnədə rüsvay oldu - VİDEO - FOTOMəşhur müğənni səhnədə rüsvay oldu