Play Store

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, təmsilçimiz "İnter" səfərdə Lüksemburqun "Fola" klubunun qonağı olub.

Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Fola" fasiləyə iki top fərqi ilə üstün yollanıb. İkinci hissədə də ilk qol Lüksemburq təmsilçisindən gəlib. Ancaq çox keçmədən "İnter" fərqi azalda bilib. Buna rəğmən, Bakı klubu növbəti mərhələyə vəsiqəni təmin etmək üçün lazım olan ikinci qolu vura bilməyib. Əvəzində "İnter" oyunun sonuncu saniyələrində qapısında daha bir qol görüb.

Beləliklə, iki oyunun ümumi hesabına görə, 2:4 hesabı ilə məğlub olan "İnter" mübarizəni dayandırıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) - 4:1

Qollar: Haci, 21, Saiti, 32, Laterze, 59, Sakras, 90+4 - Pərdis Fərcad-Azad, 70

Baş hakim: Donatas Rumsas

Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)

Eş. Emil Mayriş stadionu

İlk oyun – 0:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR