Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft bahalaşmaqdadır.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,56% artaraq 46,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,53% artaraq 48,86 dollar olub.

Nefti bahalaşdıran amilə gəlincə, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ötən gün Sankt-Peterburqda OPEC+ razılaşmasının icrasına dair monitorinq komitəsinin iclasında bəyan edib ki, krallıq avqustda neft ixracını 6,6 mln. barelədək azaldacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, komitə üzvləri OPEC və kartelə daxil olmayan ölkələr 2018-ci ilin ilk rübündən sonra da hasilatın azaldılmasına dair razılaşmanın müddətini uzada bilər.

Bunu Səudiyyə Ərəbistanının energetika naziri də dəstəkləyib.

BAHALAŞDI: Azərbaycan əhalisinə XOŞ XƏBƏR - SON QİYMƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR