Aparıcı Lamiyyə Ələkbərqızı Lider TV-də vəzifəsindən azad olunması barədə yayılan xəbərlərə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, sözügedən kanalda eyni zamanda direktor müavini kimi çalışan L.Ələkbərqızı sosial şəbəkədə bunları yazıb:
“Diqqətiniz məndə olsun. İki gündür ki, susub sizə baxıram. Yazılanları oxuyuram, təəccüblənirəm. Mətbuatda nə baş verir? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfuzdan salmaq istəyənlər, sizə sürprizim olacaq.
Ədalətli hüquq-mühafizə orqanları var, qanun qarşısında cavab verəcəksiz. Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin”.