"Barselona" "Real Madrid"i Beynəlxalq Çempionlarının Kubokunda məğlub etdi -

İspaniyanın "Barselona" klubu "Real Madrid"i ABŞ-da keçirilən Beynəlxalq Çempionlarının Kubokunda 3:2 hesabı ilə məğlub edib.

Metbuat.az-ın məlumatına görə, "Barselona"nın qollarını Lionel Messi (3-cü dəqiqə), İvan Rakitiç (7-ci dəqiqə) Jerar Pike (50-ci dəqiqə) vurublar. "Real Madrid"in qollarını isə Mateo Kovaçiç (14-cü dəqiqə) və Marko Asensio (36-cı dəqiqə) vurublar. 

Qeyd edək ki, oyunda portuqaliyalı Kriştianu Ronaldu iştirak etməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR