"Eurovision" təmsilçimiz Səbinə Babayeva həmkarlarının bostanına daş atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri bayağılıqda günahlandırıb:

"Müğənninin gərək səsi olsun. Hər səsi olan da oxumamalıdır. Ona qalsa, kobud ifadəmə görə üzr istəyirəm, eşşəyin də səsi var. Bu o demək deyil ki, o da oxumalıdır".

Səbinə mahnılarını dinlədiyi müğənnilərin adlarını da açıqlayıb:

"Sevda Ələkbərzadəni, Samiranı, Manananı, Samir Cavadzadəni dinləyirəm. Müğənnilərin əksəriyyəti toy üslubunda oxuyur. Hətta elə mahnılar yazırlar ki, qabaqcadan düşünürlər, toy tutsunlar.

Milli.Az