YANĞIN: FHN-nin təyyarəsi havaya qalxdı

Şəkinin Baqqal kəndində meşə sahəsi yanır.

Metbuat.az xəbər verir ki, yanğın təxminən 2-3 saatdır davam edir. Hadisə yerinə FHN-nin 2 yanğınsöndürən avtomobili və 1 təyyarəsi cəlb edilib.

Kənd sakinləri də yanğını söndürmək üçün səfərbər olub.

Meşədən başlayan yanğın əkin sahələrini, fındıq, meyvə bağlarını təhlükə altına qoyub. Hadisənin səbəbi hələ ki, bilinmir.

"Torpaqlarımızı azad etməliyik!" - POLKOVNİKDƏN AÇIQLAMA!-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR