Bürclər

Bəzi insanlar işlərini bürclərə görə tənzimləyir.
Metbuat.az
2 avqusta olan bürcləri təqdim edir
Qoç - günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər. Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil. Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar. İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsələləri başqalarına həvalə etməyin.
Buğa - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və macəraların hamısı yaxşı bitmir. Macəra maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin. Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər. Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın. Tənqidi ifrat aqressivliklə qarşılamayın.
Əkizlər - günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın. Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz. Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər. Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın.
Şir - yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin. Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin. İradəli, hətta zərurət yaranarsa sərt olun.
Qız - yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xarici görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir. Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın. Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edirsə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın. İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın.
Əqrəb - dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın. Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar. Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir. Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər. Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız.
Oxatan - günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin. Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil.
Oğlaq - günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun. Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Dolça - şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilər. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var. Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın. İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər. Ona görə də enerji, əzm və qətiyyətlə işləyin. İşi yarımçıq qoymayın. Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi.
Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR