Əməkdar artist Xumar Qədimova qısa geyimi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, pərəstişkarlarını tez-tez təəccübləndirməyi sevən 51 yaşlı ulduz instaqramda şəklini paylaşıb. Şəkildə müğənninin donunun həddən artıq mini olması birmənalı qarşılanmayıb.
Özünəvurğun olan sənətçi paylaşdığı fotoya qeyd etdiyi statusda cavan qaldığına işarə edib:
"Heç dəyişməyən, yenə sən, yenə sən, yenə sən..."