Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Lənkəranda dəniz kənarında top mərmisi və 3 ədəd tank əleyhinə mina aşkarlanıb.

Bu gün saat 11:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Cənub Şöbəsindən, saat 11:35-də, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 11:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, Nərimanabad-1 qəsəbəsində dəniz kənarında 3 ədəd mina və 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub. 

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tətbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) və 3 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilib. Aşkar olunmuş geri təpməsiz top mərmisinin partladıcısının üzərində olmasını və günün sona çatmasını nəzərə alaraq aşkar olunmuş 3 ədəd mina və 1 ədəd geri təpməsiz top mərmisi 05 avqust 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib. //Trend

Dəniz duzlu və ballı dondurma - RESEPT



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR