Roza Zərgərlinin əsl peşəsi budur

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli həmkarı Valeh Vəliyevlə birgə ifa etdiyi “Biri sənsən biri mən” adlı mahnıya klip çəkdirib. Lent.az-a açıqlama verən R.Zərgərli bildirib ki, ekran işinin rejissoru özüdür: “Bu günə qədər bir çox kliplərimin rejissorluğunu özüm etmişəm. Çünki əsl peşəm məhz rejissorluqdur. Bu klipi Nardaranda çəkdik. Yay abu-havasında olan ekran işi yaxın günlərdə mediaya təqdim olunacaq. Onu da əlavə edim ki, avqustun 11-də dəniz kənarında konsert vərəcəm, həm də media əhli ilə görüşəcəyəm”.

Qeyd edək ki, “Biri sənsən, biri mən” adlı bəstənin musiqisi Ruslan Səfəroğlunun, sözləri Şirin Məmmədovun, aranjimanı isə Elvin Musayevindir. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR