Həkim "terror"unun qurbanı Metbuat.az-a danışdı:

Zaqatalanın Muxax kəndində müəllim işləyən 57 yaşlı İradə Ramazanova həkim məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edir.

Xəstənin yaxınları Metbuat.az-a bildirib ki, hadisələr 7 il əvvəl cərəyan etməyə başlayıb. İradə Ramazanova sümük ağrıları səbəbilə 2010-cu ildə Zaqatala rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxana qadına “Bel yırtığı” dianozu qoyub və müalicəyə götürüb. Müalicə heç bir effekt vermədiyi üçün xəstə tanışlıqla paytaxtda fəaliyyət göstərən “Uni klinika” adlı özəl xəstəxanaya göndərilib. Həmin vaxt sözügedən xəstəxanada çalışan travmotoloq Ayaz Hümbətov xəstəyə “Osteoporoz” (Sümük əriməsi) diaqnozunu qoyub və bu diaqnozla xəstəni 5 il müalicə edib.

“Əvvəlcə bir həftədən bir çağırıb. Sonra 10 gündən bir, daha sonra isə ayda 2 dəfə çağırıb. Hər dəfə çağıranda bütün aparatlardan keçirib. Hətta sonda ayaqlarında şişlər əmələ gəlməyə başlayıb. Həkim ona kobud şəkildə cavab verib ki, xanım mən ayağa baxanam? Mən sümüyə, plyonkaya baxanam. Sonra iradənin vəziyyəti daha da ağırlaşmağa başladı. Əl barmağı çox şişmişdi. İradə Zaqataladan gələndə Ayaz doktor deyib ki, qalx 5-ci mərtəbəyə, 500 manat ver, səni əməliyyat eləyim. Kardioloq müayinədən sonra əməliyyat məsləhət görməyib. Deyib ki, ürəyi çox zəifdir, olmaz”.

Müalicənin nəticəsi olaraq, xəstənin sümüyündə deformasiya yaranıb. Bu səbəblə, xəstə yerimə qabiliyyətini itirib. Daha sonra Milli Onkoloji Xəstəxanaya müraciət edilib. Xəstəxanada xəstəyə səhv diaqnoz qoyulduğu üçün 5 il müddətində səhv müalicə olunduğu ortaya çıxıb. 57 yaşlı qadın ömürlük şikəst olub.

“Bu dəfə həkimin yanına gedəndə ondan soruşdum ki, həkim, siz niyə onun barmağını kəsmək istədiniz? Cavab verdi ki, baxıb görəcəkdim ki, nədi. 1 dərmanı 90 manata alırdıq. Hər ay çox böyük miqdarda dərmanlara, iynələrə pul xərclənib. Vəziyyət o yerə gəldi ki, 4 ildən sonra o gəzmək qabiliyyətini itirib arabaya düşdü. 2015-ci ildə onu həmin vəziyyətdə Əziz Əliyevin qəbuluna apardıq. Əziz Əliyev ona uzaqdan baxan kimi dedi ki, səndə paratriod vəzdir. Analiz verdi, normada o vəz 60-70% olur, onda isə 1076% çıxdı. Başında vəzlər yaranmışdı. Bir az gec getsəydik, beyin sümükləri çatlayacaqdı. Kalsiumun biri 50 manatdır, ancaq Almaniyadan gətirilir. 5 il ərzində mütəmadi müayinələrdən keçməlidir. 2015-ci ilin dekabrında vəzi Əziz Əliyev əməliyyat etdi. İradə 2016-cı ilin 25 martında ayağa qalxdı. Hazırda həkim nəzarəti altındadır. Araşdırma nəticəsində Rusiya saytlarının birində tapdım ki, sümüyə kalsiumun getməməsinin səbəbi paratriod vəzdir. O vəz funksiyasını itirərsə, sümüyə kalsium getmir. Həkim onu hətta ginekoloq müayinəsinə də göndərib, təkcə paratriod vəz analizinə göndərməyib. O isə dedi ki, paratriod vəz çox nadir bir xəstəlikdir, o, adətən uşaqlarda olur, mənim heç ağlıma gəlməzdi ki, xəstədə paratriod ola bilər. Ona dedik ki, etiraf edin ki, səhv diaqnoz qoymusunuz. 10000 manata qədər pul xərcləmişik. Biz sadəcə İradənin “Uni klinika”da müayinədən keçdiyi aparatların pulunu qaytarmasını istəyirik. Əvvəlcə Ayaz həkimə bu haqda dedik, dedi gedin "Uni klinika"nın rəhbəri Əli Qurbanovun yanına, o sizə pulu qaytarsın. Biz Əli Qurbanovun yanına gedib dedik ki, 4 il ərzində aparatlara xərclənən pulun qaytarılmasını istəyirik. 1 həftə klinikadan səs çıxmayandan sonra ora yenidən getdik. Dedi ki, İradə Ramazanovanın adı kompüterdə çıxmadı. Biz ona plyonkaları verdik. Dedi məndə qalsın, baxacam. 2 gündən sonra onun yanına getdik. Əli Qurbanov dedi ki, bu səhvi Ayaz Hümbətov edib. Dediyiniz çox böyük məbləğdir, biz həkimlərə pul ödəyirik.  Ayaz doktor pulu özü ödəməlidir. Sənədləri götürüb Ayaz doktorun yanına getdik. O dedi ki, mənim orda 300 manatım qalıb. İşdən çıxdığıma görə 150 manat verirlər, gedib onu alın. Dedi mənim imkanım yoxdu. Son sözü isə o oldu ki, özəl klinikadır, Səhiyyə Nazirliyi mənə töhmət verib işdən çıxara bilməz, nə istəyirsiz gedin, eləyin. Dedim biz sizinlə sivil qaydada danışıb ortaq məxrəcə gəlmək istədik. Lakin siz razılaşmadınız. İnciməyin, məsələni ictimailəşdirəcəyik. Açıqlamasında deyib ki, İradə Ramazanova 2013-cü ildə "Uni klinika"da müalicə alıb. 4 həkimin müayinəsindən keçib. Biz onu tam sağaltmışıq. 5 ildən sonra o xərçəng olub və əməliyyat olunub. Zoba aid xəstəliklər Milli Onkologiya Xəstəxanasında əməliyyat olunur. Laboratoriyadan sənəd almışıq. Videoda Əziz Əliyev deyir ki, bu adamın müalicəyə ehtiyacı yox idi, sadəcə olaraq vəzi götürmək lazım idi”.

Məsələ ilə bağlı xəstəyə səhv diaqnoz qoyduğu deyilən həkim Ayaz Hümbətovla əlaqə saxladıq. Həkim bildirdi ki, elə bir xəstəsi olub:

““Siz onlara baş qoşmayın, nə şikayəti varsa, gedib Səhiyyə Nazirliyinə müraciət etsinlər, məhkəməyə versinlər. Məsələ hüquqi şəkildə həll olunsun. Ekspertizada hər şey ortaya çıxacaq. Səhiyyə Nazirliyinin araşdırma orqanları var. Olmayan bir şeyi necə istəyirlər? Mən o adamları başa düşmürəm”.

Məsələ ilə bağlı “Uni klinika”nın baş həkimi Əli Qurbanovla əlaqə saxladıq. Telefon zənginə cavab verən həkim problemi eşitdikdən sonra telefonu söndürdü.

Azərbaycan: Həkimin səhv müalicəsi onu ömürlükŞİKƏST ETDİ-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR