Bəxtiyar Vahabzadənin doğulduğu gündür - "Həyat, sən nə şirinsən..."

Bu gün Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin doğum günür.  

Vahabzadə Bəxtiyar Mahmud oğlu 1925-ci il avqustun 16-da Şəkidə fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakıya köçən B.Vahabzadə orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. 

"İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulub. 

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 

1950-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 

B.Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. 

Bu poemaya görə 1962 -ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. 

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o, cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan,macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib. 

B.Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.


Xumar Qədimova mini şortda - CAZİBƏDAR FOTOLAR-  Oxumaq üçün tıkla 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR