Bakıda buzlu yol qəzaya səbəb oldu: 2 nəfər xəsarət alıb

Bakıda buzlu yol qəzaya səbəb oldu: 2 nəfər xəsarət alıb
00:44 9 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı, 90 TR 273 dövlət nömrə nişanlı avtomobil prospektin Əhməd Rəcəblıi küçəsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Elcan Abdullayev və onun qohumu, 1995-ci il təvəllüdlü Arzu Abdullayeva xəsarət alıblar. Yaralılar maşında sıxışıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb ediliblər. Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR