Amerikalı müğənni Teylor Svift bütün sosial şəbəkə
hesablarını dondurub.
Publika.az xarici mediaya istinadən bildirir ki,
250 milyondan çox izləyicisi ilə vidalaşmayan ifaçı Facebook,
Tvitter, İnstaqram hesablarını səssiz-sədasız dondurub. Bunu
Teylorun depressiyada olması ilə əlaqələndirirlər.
Belə ki, bir müddət əvvəl Svift müğənni David Müller tərəfindən
cinsi təcavüzə məruz qaldığını bildirmiş və məhkəməyə müraciət
edərək təzminat davasını qazanmışdı. Baş verənlərin Teyloru stressə
saldığı deyilir.