"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb
23:32 19 Avqust 2017
379 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen" komandası Danimarka Super Liqasında VI tur matçına çıxıb. "Report"un məlumatına görə, rəqib "Sonderyuske" klubu olub.
"Parken" stadionunda keçirilmiş oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə Kasper Kusk açıb. Lakin 59-cu dəqiqədə "Sonderyuske"dən Kristian Yakobsen, 62-ci dəqiqədə Mikael Uhre fərqlənib. "Kopenhagen" 81-ci dəqiqədə Benjamin Verbiçlə bərabərlik, 84-cü dəqiqədə isə Andriya Pavloviçlə qələbə topunu vurub. Gərgin geçən ikinci hissənin sonuna baş hakim 8 dəqiqə əlavə edib.
Bu qələbə sayəsində "Kopenhagen" xallarını 9-a çatdıraraq, 4-cü pilləyə yüksəlib. 8 xala malik "Sonderyuske" isə 6-cıdır.
Qeyd edək ki, "Kopenhagen" növbəti görüşünü elə "Parken" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Avqustun 23-də baş tutacaq Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bu komandalar arasındakı ilk matçda "Qarabağ" qalib gəlib - 1:0. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR