"Report" TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamına keçən gecə şəhərin bir neçə bölgəsində Əfqanıstandan olan miqrantlarla eritreyalı miqrantlar arasında toqquşma baş verib, toqquşmada dəmir çubuqlar və dəyənəklərlə silahlanmış 200-ə qədər insanın iştirak edib.
İnsident zamanı 16 nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumatlara əsasən, dava yemək paylanılan zaman miqrantlar arasında yaranmış mübahisə zamanı başlayıb. Bundan sonra iğtişaşlar şəhərin digər hissələrinə də yayılıb.