Əvvəlcə İJF prezidenti Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.
M.Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən İJF prezidenti seçilib.
Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev İJF İcraiyyə Komitəsinin üzvü seçilib.




