“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, ev almaq arzusunda olanlar 100 min manata qədər ipoteka kreditini cəmi 20% ilkin ödənişlə götürə bilərlər. “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ayrılan kreditlərin maksimal müddəti 25 il, illik faiz dərəcəsi 8%-dir.
Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardır:
- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
- Nikah (və yaxud nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla “Bank of Baku”ya müraciət edə bilərlər. Daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və yaxud Banka yaxınlaşmaqla əldə etmək olar.