Goranboyda “VAZ 2106” traktorla toqquşdu: 1 ölü, 1 yaralı

Goranboyda “VAZ 2106” traktorla toqquşdu: 1 ölü, 1 yaralı
06:29 9 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax-Gürcüstan magistralında bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə bu gün saat 20 radələrində magistral yolun 326-cı kilometrliyində, Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Gürcüstan respublikası vətəndaşı 1959-cu il təvəllüdlü Çavuş Cavanşir Rəhim oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə gedən Göygöl rayon sakini Ayaza Həsənovun idarə etdiyi “Belarus MTZ 80” traktorunun quru ot ilə yüklənmiş qoşqusuna dəyib.

 

Sonra “VAZ” hərəkətdə olan Gəncə şəhər sakini, 1981- ci il təvəllüdlü Hümbətov Anar Nizami oğlunun idarə etdiyi “Subaru” markalı  avtomobil  ilə toqquşaraq yenidən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü Mustafayev Sahib Namaz oğlu dünyasını dəyişib, sürücü C. Çavuş isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR