Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Metbuat.az bildirir ki, hadisə ötən gün gecə saatlarında rayonun Babək küçəsində qeydə alınıb.

Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi "Lifan" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. // APA