Xəbər verdiyimiz kimi, Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub. İnsident zamanı 11 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında yazıb.
O, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu qeyd edib.
Nazir hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.