"Report" "İnterfaks"a istinadən xəbər verir ki, baş nazir zalda iştirak edən Olimpiya Oyunlarının cüdo yarışları üzrə qızıl medalçısı Yasuhiro Yamasitoya müraciətində bu fikri səslənidirb.
"Rusiya prezidenti Vladimir Putinin cüdo üzrə qara kəməri var. Monqolustan prezidenti Haltmaagiyn Battulganın da həmçinin. Bəlkə Yaponiya Cüdo Federasiyasının xətti ilə onları Yaponiyaya dəvət edib qarşılaşmalarını təşkil edəsiniz...", - S.Abe vurğulayıb.
Yaponiyanın hökumət başçısı zarafatından qalmayaraq qara kəmərinin olmadığını və zədə almaq istəmədiyini, ona görə də bu görüşü kənardan sakitcə izləməyə üstünlük verəcəyini deyib.