Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub.

Bu barədə APA-ya Avropa Şurasının mətbuat ofisindən məlumat verilib.

AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq.

“Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.

APA-nın əldə etdiyi məlumata görə, yeni səfirin vəzifəsinin icrasına sentyabrın 14-də başlayacağı gözlənilir.